Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs cərimələndi

   Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs cərimələndi
  14 Aprel 2020    Oxunub:3296
Uşaqları videoya çəkən Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib.
Bunu Azvision.az -a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsdən danışarkən deyib.

E.Zahidov qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir: “Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ. Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub”.

Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti