BNA: Sərnişin axınında artım müşahidə olunur

      BNA:    Sərnişin axınında artım müşahidə olunur
  15 Aprel 2020    Oxunub:2338
Xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq, son iki gündə xüsusən də səhər və axşam saatlarında sərnişin axınında artım müşahidə olunur.
Bunu Azvision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, bu həftənin ilk iş günü müntəzəm və ekspres xətt avtobusları ilə 485 min 742 sərnişin daşınıb.

"Aprelin 14-də isə bu rəqəm 478 min 679 olub. Ötən həftənin müvafiq günləri ilə müqayisədə 23% artım qeydə alınıb. Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspres xətlərə əlavə avtobuslar cəlb edilib. Onu da qeyd edim ki, sərnişin axını əsasən səhər saat 7-9 aralığında müşahidə olunur. Bir daha bildiririk ki, xüsusi karantin rejimində icra olunan sərnişindaşımaların təşkilində başlıca məqsəd həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etməkdir", - deyə M.Ağayev vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti