“Seyidlər bağı”nda yeyib-içən 19 nəfər saxlanıldı - FOTOLAR
Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.
Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Azvision.az