“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm” - Mehriban Əliyeva

 “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm” -    Mehriban Əliyeva
  15 Aprel 2020    Oxunub:5030
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən Atakule qülləsində Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm də çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır. Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram. Qoy, Uca Tanrı dünyamızı qorusun!”



Azvision.az


Teqlər: Birincivitse-prezident   Mehriban-Əliyeva  





Xəbər lenti