TƏBİB sədrindən xaricdə oxumuş həkimlərə iş təklifi

   TƏBİB sədrindən xaricdə oxumuş həkimlərə iş təklifi
  16 Aprel 2020    Oxunub:3853
Türkiyədə çalışan 19 azərbaycanlı həkim arasında rezidentura təhsilindən sonra uzman təhsili alanlar da var. Onların təhsillərini davam etdirməsi bizim üçün önəmlidir.

Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, həmvətənlərimizin həmişəlik ölkəyə dönməsi və burada çalışması üçün gözəl şərait yaradılıb.

"Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb. Onların 560-sı tibb təhsili alıb. 384-ü rezidentura, 173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər doktorantura təhsilinə yiyələnib. Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edərəm ki, gənclərimiz 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarını verəcəklər", - deyə TƏBİB sədri bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti