“47 ölkədən 5104 müraciət daxil olub” - Fuad Muradov

 “47 ölkədən 5104 müraciət daxil olub” -    Fuad Muradov
  16 Aprel 2020    Oxunub:3226
Koronavirus pandemiyası dövründə ümumilikdə 47 ölkədən 5104 müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətlər müxtəlif sənədlərlə bağlı olub, 1942 nəfərə yardım edilib.

“Müraciətlər arasında ilk sırada Türkiyə, Rusiya, Ukrayna, İtaliya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İspaniya və digər ölkələr gəlir. Müraciətlər daha çox müvəqqəti çətinliklərin aradan qaldırılması istiqamətində olub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Fuad-Muradov  





Xəbər lenti