Nazirlik sahibkarlara xəbərdarlıq etdi

   Nazirlik sahibkarlara xəbərdarlıq etdi
  16 Aprel 2020    Oxunub:2374
İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda qeyd edilib.

Azvision.az



Teqlər: Nazirlik   Xəbərdarlıq  





Xəbər lenti