"BakuBus"da dezinfeksiya kabinası quraşdırlıb

"BakuBus"da dezinfeksiya kabinası quraşdırlıb
  17 Aprel 2020    Oxunub:1953
İctimai nəqliyyatda görülən əks-epidemik tədbirlər çərçivəsində “BakuBus” MMC-də dezinfeksiya kabinası quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd gündəlik minlərlə sərnişinin daşınmasını həyata keçirən sürücülərin və istehsalat bazasında çalışan digər əməkdaşlar arasında yoluxma halını minimuma endirməkdir.

"Bir daha vətəndaşlarımıza tövsiyə edirik ki, xüsusi karantin rejimi qaydalarına əməl etsinlər. Xahiş edirik ki, ciddi zəruriyyət yaranmadığı təqdirdə evdən çıxmasınlar", - deyə agentlik bəyan edib.

Azvision.az




Teqlər:





Xəbər lenti