Deputat köməkçiləri hələlik təsdiqlənməyib

Deputat köməkçiləri hələlik təsdiqlənməyib
  17 Aprel 2020    Oxunub:2772
“Bir çox deputat köməkçilərinin sənədləri hazır deyil”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

"Fərdi olaraq deputat köməkçilərini təsdiq edə bilmərik. Bir çox deputat köməkçilərinin sənədləri qaydasında deyil”, - deyə spiker bildirib.

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deputat köməkçilərinin təsdiq edilməsi məsələsini qaldırıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti