"Kim dövləti aldatmaq istəsə, qara paltarlı oğlan yanında dayanacaq"

"Kim dövləti aldatmaq istəsə, qara paltarlı oğlan yanında dayanacaq"
  17 Aprel 2020    Oxunub:2076
"Bu gün Milli Məclisin iclasında adına torpaq sahəsi olanların işsiz kimi birdəfəlik yardım ala bilməməsindən danışdım".
Azvision.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, işsiz kimi qeydiyyatdan keçən yüz minlərlə insan dövlətdən birdəfəlik 190 manat müavinət alır: "Ancaq bəzi vətəndaşlarımız adına torpaq sahəsi olduğuna görə, bu proqramdan istifadə edə bilmir. Hər bir torpaq sahəsi olan sahibkar ola bilmir və bəzi vətəndaşlarımızın topaqları istifadəsizdir. Təklif etdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələni nəzarətə götürsün. Kənd Təsərrüfatı Nazirliyinin hər rayonda idarəsi var. Qoy onlar hansı torpaq sahələrinin istifadə edilib-edilmədiyi ilə bağlı araşdırma aparsınlar".

A.Mirzəzadə qeyd edib ki, kiminsə saxtakarlıq edəcəyindən narahat olmaq lazım deyil: "Azərbaycanda Dövlət Təhülkəsizlik Xidməti yaxşı işləyir. Kim dövləti aldatmaq istəyəcəksə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq".

Kənan Məmmədov
Azvision.az



Teqlər: Sosial-yardım   Deputat   parlament   DTX  





Xəbər lenti