Müəllimlər attestasiyadan keçiriləcək

Müəllimlər attestasiyadan keçiriləcək
  17 Aprel 2020    Oxunub:2027
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək.

Sənəd I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: Milli-Məclis  





Xəbər lenti