Milli Məclisdə qanvermə aksiyası keçirildi - FOTOLAR

Milli Məclisdə qanvermə aksiyası keçirildi -  FOTOLAR
  18 Aprel 2020    Oxunub:6955
Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib ki, Parlament Sədri Sahibə Qafarova, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər könüllü olaraq qanvermə aksiyasına qoşulublar.

"Milli Məclisin deputatları, Aparat və İşlər İdarəsinin əməkdaşları Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq irsi qan çatışmazlığından əziyyət çəkən xəstələr üçün qan veriblər", - deyə Akif Təvəkküloğlu qeyd edib.









Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Qanvermə   Aksiya  





Xəbər lenti