Parlament jurnalistləri qanvermə aksiyasında
Ötən gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova da cəmiyyətdə aksiyaya böyük dəstək nümayiş etdirildiyini vurğulayıb. S. Qafarova parlamentin də qanvermə askiyasına qoşulacağını və Milli Məclisdə bunun üçün xüsusi yer ayrıldığını qeyd edib. Spiker deputatlara da müraciət edərək, aksiyaya qoşulmağa dəvət edib.
Bu gün parlamentdə həyata keçirilən qanvermə aksiyasında deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.
Aksiyaya qoşulan Parlament Jurnalistlər Birliyinin üzvləri də Milli Məclisdə könüllü qan veriblər. İlk dəfə olaraq, jurnalistlərin kütləvi şəkildə qanvermə aksiyasına qoşulması həyata keçirilib. Talessemiyalı xəstələrə kömək üçün aksiyaya dəstək göstərilməsinə çalışan media əməkdaşları hər kəsi qanvermə tədbirlərinə qoşulmağa dəvət ediblər.
Azvision.az