Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

 Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib
  19 Aprel 2020    Oxunub:3774
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”

Azvision.az


Teqlər: MehribanƏliyeva   Birincivitse-prezident  





Xəbər lenti