Azərbaycanda karantin rejimindən çıxış planı hazırlanacaq

 Azərbaycanda karantin rejimindən çıxış planı hazırlanacaq
  21 Aprel 2020    Oxunub:5210
Bu həftədən etibarən Azərbaycanda xüsusi karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, mayın 4-dən sonrakı dövrdə karantindən çıxış mərhələsi başlayacaq.

İ.Məmmədov qeyd edib ki, karantindən çıxış mərhələli şəkildə həyata keçiriləcək: "Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq".

Azvision.az


Teqlər: Karantin   Plan  





Xəbər lenti