Miqrasiya Könüllüləri “Biz birlikdə güclüyük” aksiyasını davam etdirir - FOTOLAR

Miqrasiya Könüllüləri “Biz birlikdə güclüyük” aksiyasını davam etdirir -  FOTOLAR
  21 Aprel 2020    Oxunub:2937
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Könüllüsü” İctimai Birliyi xeyirxah tərəfdaşların dəstəyi ilə “Biz birlikdə güclüyük” aksiyasını davam etdirir.
DMX-dən Azvision.az -a bildirilib ki, aksiyanın daha bir məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə, ölkəmizdə qaçqın statusu alan əcnəbi şəxslərə, yaşı 65-dən yuxarı olan insanlara yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.



Aksiya çərçivəsində miqrasiya könüllülərinin iştirakı ilə bu qəbildən olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onların digər ehtiyaclarının təmin olunması həyata keçirilib.

Miqrasiya Könüllülərinin nəcib təşəbbüsünə qoşulmaq istəyən iş adamları, müraciət edən ailələrə köməklik göstərmək istəyən, xeyriyyəçilik etmək istəyən insanlar göstərilən vasitələrlə əlaqə saxlaya bilərlər: email: [email protected] , telefon (WhatsApp):+994558113197, facebook: https://www.facebook.com/Miqrasiya.Konullusu/ , Instagram: migrationvolunteers.













Azvision.az



Teqlər: DMX   Könüllü   Yardım  





Xəbər lenti