Gələn ay yeni DOST mərkəzinin açılışı planlaşdırılır
Nazir bildirib ki, təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib.
S.Babayev deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri post-karantin dövründə davam edəcək, may ayında isə yeni DOST mərkəzinin açılışı planlaşdırılır.
Azvision.az
Teqlər: ƏƏSMN