Heydər Əliyev Mərkəzi - Fransızların ən çox sevdiyi məkan

  Heydər Əliyev Mərkəzi  - Fransızların ən çox sevdiyi məkan
  23 Aprel 2020    Oxunub:5579
COVİD-19 epidemiyası dünya ölkələrini silkələyərək hər kəsi təcrid olma rejiminə riayət etməyə məcbur etdi. İnsanlar ağıllarına da gəlməyən bu yeni rejimlə hesablaşmalı oldular. Təcrid olma rejimi ilə hesablaşmalı olan fransızlar sosial şəbəkələrdə səyahət etdikləri ölkələrdən şəkillər paylaşaraq xatirələrini bölüşüblər.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Fransa Milli Assambleyasının sabiq deputatı, İl-dö Frans regionunun Udan (Houdan) kommunasının meri Jan-Mari Tetart təcrid olma rejimi müddətində müxtəlif ölkələrə səyahətlərindən ən yaddaqalan xatirələrini paylaşıb.

Udan merinin ən xoş xatirələri ilə bağlı bölüşdüyü şəkillər arasında intellekt memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin, eləcə də Bakı şəhərinin görməli yerləri də var.

Tetart sosial şəbəkələrdə Bakıya səfəri ilə bağlı fikirlərini ifadə edib və onun paytaxtımızdan bölüşdüyü şəkillər fransızların marağına səbəb olub. Bəziləri Bakıda olduqlarını bildirərək onun əsrarəngiz müasir şəhər olduğunu bildirir, digərləri paytaxtımızı tanımadıqlarını, ancaq bu şəkillər vasitəsilə onun necə gözəl olduğunu vurğulayıblar.

Azvision.az



Teqlər: HeydərƏliyevMərkəzi  





Xəbər lenti