Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilir

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilir
  24 Aprel 2020    Oxunub:2037
Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Prosessual Məcəlləsinə təklif edilən əlavə müzakirəyə çıxarılıb.

İndiyə qədər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən qadağan oluna bilərdi.

Bu maddəyə təklif edilən əlavəyə əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti