Deputat naziri tənqid etdi, komitə sədri ona etirazını bildirdi

Deputat naziri tənqid etdi, komitə sədri ona etirazını bildirdi
  24 Aprel 2020    Oxunub:3496
“Xarici İşlər nazirinin qorxaq fikirlərini tənqid edənlərdən biri mənəm. İllərdir ki, biz bu məsələni Milli Məclisdə müzakirə etmişik”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, bizim Xarici İşlər nazirimiz fikirlərini yumşaq ifadə edir, halbuki o, fikirlərini sərt şəkildə ifadə etməlidir: “O, daha radikal çıxışları ilə Ermənistan Xarici İşlər nazirini yerində oturtmalıdır. Qarabağ problemi hər birimizin bir nömrəli problemidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Xarici İşlər naziri Elmar Məmmədyarovu tənqid edən deputatlara iradını bildirib.

H.Hüseynova deyib ki, Xarici İşlər naziri özbaşına çıxış etmir. “Xarici işlər naziri dövlətin mövqeyini ortaya qoyur. Mədəniyyətimizi gözləməliyik”,- deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bəzi deputatlar özlərini elə göstərirlər ki, guya Qarabağ dərdinə ancaq bunların ürəyi yanır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti