Azərbaycanda koronavirus ən çox harada yayılıb? - STATİSTİKA

 Azərbaycanda koronavirus ən çox harada yayılıb? -  STATİSTİKA
  25 Aprel 2020    Oxunub:27577
“Azərbaycanda koronavirusa yoluxan şəxslərin 52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb”.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bölgələr üzrə koronavirusa yoluxma hallarına dair statistikanı açıqlayarkən deyib.
TƏBİB sədri bildirib ki, yoluxma hallarında xarici vətəndaşların sayı 13,16 faizdir: “Yoluxma halı Aran zonasında 6,88 faiz, Lənkəranda 8,28 faiz, Abşeronda 5,54 faiz, Gəncə- Qazax zonasında 7,62 faiz, Quba-Xaçmazda 2,4 faiz, Yuxarı Qarabağda 1,07 faiz, Şəki- Zaqatalada 1,27 faiz, Dağlıq Şirvanda 1,4 faiz, Naxçıvanda 0,27 faiz təşkil edib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti