Tanınmış jurnalist ATV-dən ayrıldı

Tanınmış jurnalist ATV-dən ayrıldı
  25 Aprel 2020    Oxunub:2989
Tanınmış jurnalist Vaqif Aydınoğlu ATV telekanalından ayrılıb.
Azvision.az
xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat paylaşıb.

“Əziz dostlarım, 18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq, vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacağam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəyəm”.

Azvision.az




Teqlər: ATV   Jurnalist  





Xəbər lenti