UNICEF və ASAN könüllülərindən həssas ailələrə dəstək - FOTOLAR

UNICEF və ASAN könüllülərindən həssas ailələrə dəstək -  FOTOLAR
  25 Aprel 2020    Oxunub:3527
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı, Avropa İttifaqının isə maliyyə yardımı ilə “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyasının icrasına başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, kampaniya çərçivəsində ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında Bakı, Sumqayıt, Xırdalan şəhərində yaşayan və valideyn himayəsindən məhrum olmuş uşaqların, həmçinin əlilliyi olan gənclərin ailələrinə qida yardımı, o cümlədən COVID-19 pandemiyasından qorunmaq üçün maarifləndirici materiallar təqdim olunub.



Eyni zamanda, COVID-19 infeksiyası ilə bağlı əhalinin müxtəlif qrupları (ahıllar, valideynlər və uşaqlar) üçün maarifləndirici materialların “ASAN Könüllüləri” Təşkilatının müxtəlif internet resursları vasitəsilə də təbliği nəzərdə tutulur.















Azvision.az


Teqlər: ASAN-Könüllülər  





Xəbər lenti