İstilik niyə kəsildi? - Rəsmi açıqlama

 İstilik niyə kəsildi? -  Rəsmi açıqlama
  27 Aprel 2020    Oxunub:3554
"İstilik mövsümü başa çatıb. Aprel ayının 25-nə qədər vaxt uzadılmışdı. Ötən gündən etibarən istilik sistemləri bağlandı".
Bunu Azvision.az -a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, yalnız dağlıq rayonlara aprel ayının 30-na kimi istilik veriləcək: "Hazırda isti su üçün işləyəcək qazanxanalar çalışır. Bakı şəhərində və respublikanın digər ərazilərində istilik mövsümü başa çatıb".

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəristiliktəchizat   Mövsüm  





Xəbər lenti