Dövlət Xidmətinə yeni rəis təyin olundu

   Dövlət Xidmətinə yeni rəis təyin olundu
  28 Aprel 2020    Oxunub:4260
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azvision.az



Teqlər: Naxçıvan   Xidmət   Təyinat   Rəis  





Xəbər lenti