Tibbi maska və əlcək qadağası daha 2 ay uzadıldı

   Tibbi maska və əlcək qadağası daha 2 ay uzadıldı
  28 Aprel 2020    Oxunub:4210
Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.

Qeyd edək ki, qadağa müddəti mayın 1-dən iyulun 1-dək artırılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qadağa   Maska   Əlcək   Qərar  





Xəbər lenti