İsveçdə koronavirusdan ölən azərbaycanlı gənc kimdir?

İsveçdə koronavirusdan ölən azərbaycanlı gənc kimdir?
  28 Aprel 2020    Oxunub:7550
İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev koronavirus pandemiyası səbəbindən vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrindən alınan məlumata görə, artıq bir aydır COVID-19 virusundan müalicə alan gəncin son iki həftədə vəziyyəti daha da ağır olub.

“Stokholmda yerləşən xəstəxanada bir neçə həftə müalicə alsa da, soydaşımızın həyatını xilas etmək mümkün olmayıb və gənc həmvətənimiz ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, 1998-ci ildə İsraildə anadan olmuş, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş A. Salayev 20 ilə yaxındır İsveçdə yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq mərhumun valideynlərinə baş sağlığı verir və səbir diləyirik”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: İsveş   Koronavirus  





Xəbər lenti