"Şamaxinka" istiqamətində hərəkət məhdudlaşdırılıb

"Şamaxinka" istiqamətində hərəkət məhdudlaşdırılıb
  28 Aprel 2020    Oxunub:6530
Bakının Moskva pospektində, “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - 3-cü mikarayon dairəsi - Tbilisi prospekti və yaxud Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Azvision.az




Teqlər: AAYDA   Yol  





Xəbər lenti