FHN-dən
Azvision.az -a verilən məlumata görə, nazirlik tərəfindən növbəti belə tədbirə Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonları, habelə respublikanın Abşeron, Qəbələ, Beyləqan və Bərdə rayonlarında başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında FHN əməkdaşları tərəfindən göstərilən rayonlarda yaşayan yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq məhsullarından ibarət yardımlar çatdırılır.
4000 ailə üçün nəzərdə tutulan sosial yardım bağlamalarını çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər də apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyətini vurğulayırlar.
Azvision.az