Ağacların dibini betonlayan şirkət cərimələndi

Ağacların dibini betonlayan şirkət cərimələndi
  29 Aprel 2020    Oxunub:2614
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında həmin ünvana baxış keçirilib. Araşdırma zamanı həmin ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 müxtəlifcinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4 min manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti