Sərnişindaşımanın təmini ilə bağlı fəaliyyət planı hazırlanıb

Sərnişindaşımanın təmini ilə bağlı fəaliyyət planı hazırlanıb
  30 Aprel 2020    Oxunub:3402
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) şəhərlərarası sərnişin daşımalarında gediş-gəlişin təmin olunması ilə bağlı fəaliyyət planı hazırlayıb.
Azvision.az xəbər verir ki, bu barədə DANX-ın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Qurum rəsmisi bildirib ki, regionlardan vətəndaşların gediş-gəlişi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təmin olunacaq. Lakin bu mərhələli şəkildə həyata keçiriləcək:

“Karantin rejiminin yumuşaldılması pandemiyanın bitməsi demək deyil. Regionlardan gediş-gəliş təmin olunan zaman hamının paytaxta axın etməsinə imkan verilməyəcək. Bu, həm sıxlığa, həm də izolyasiya tədbirlərinin pozulmasına səbəb olar. Ona görə də, ilk növbədə, Bakı qeydiyyatında olan sərnişinlərin və region qeydiyyatında olan lakin paytaxtda qalmağa məcbur olan şəxslərin gəlişi təmin ediləcək. Daha sonra ikinci və üçüncü dərəcəli səbəbdən səfər etmək istəyənlərin, təhsil müəssisələri tətildə olduğu üçün tələbələrin gəlişinə icazə verilməyəcək. Bunun üçün avtovağzallarda müvafiq sənədlərin yoxlanması həyata keçiriləcək”.

Azvision.az


Teqlər: DANX   Avtobus  





Xəbər lenti