"Azərsu"dan deputatın qaldırdığı problemə çevik reaksiya

 "Azərsu"dan deputatın qaldırdığı problemə çevik reaksiya
  30 Aprel 2020    Oxunub:7382
"Təşviqat kampaniyası zamanı şəxsən şahidi olduğum Sabirabad şəhərindəki 5 mərtəbəli binaların kanalizasiya problemi ilə bağlı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla telefon əlaqəsi saxladım. Qorxmaz müəllim məsələni nəzarətə götürdü və dərhal müvafiq tapşırıqlar verdi".
Azvision.az xəbər verir ki, bunu Sabirabadın deputatı Kamal Cəfərov deyib. Onun sözlərinə görə, Şirvan regional su-kanal idarəsinin rəisi bildirib ki, qeyd edilən problemin həlli ilə bağlı proses artıq başlayıb:

"Cari ilin may ayında Sabirabad şəhərində Heydər Əliyev prospektində yerləşən 2B, 2Q, 23B, 62 və 118 nömrəli binalar, o cümlədən İ.İsgəndərov küçəsində yerləşən 3 və 5 nömrəli binaların (ümumilikdə 7 bina) kanalizasiya problemi tamamilə həll ediləcək. Bu, minlərlə sakinin həyat vəziyyətinin yaxşılaşdırılmasına təsir göstərəcək. Məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova və bu prosesdə müvafiq dəstəyi verən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin müəllimə təşəkkür edirəm.

Sizlərə söz verirəm ki, hər binanın kanalizasiya infrastrukturunun təmirindən sonra elə həmin binanın həyətində Sizlərin qəbuluna gələcəm",- deyə K.Cəfərov vurğulayıb.

Azvision.az



Teqlər: Azərsu   Kamal-Cəfərov   Sabirabad   Deputat  





Xəbər lenti