Azərbaycan dənizçiləri Mavritaniyada problemlə üzləşdi
Dövlət Dəniz Agentliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir.
Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.
Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək.
Azvision.az