Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi

Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi
  30 Aprel 2020    Oxunub:5456
Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.
Azvision.az xəbər verir ki, təqdimat məhkəmədə təmin edilib. Məhkəmənin qərarı ilə M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Azvision.az


Teqlər: MahirQuliyev   Biləsuvar  





Xəbər lenti