4 məhkəmə hakiminin vəzifəsi dəyişdirilir

  4 məhkəmə hakiminin vəzifəsi dəyişdirilir
  01 May 2020    Oxunub:3223
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, komitə “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələni müzakirə edəcək.

İclasda Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məhkəmə   Hakim   Vəzifə   Milli-Məclis  





Xəbər lenti