“Kamran Əliyevin fəaliyyəti yüksək qiymətləndirilib” - PA-nın şöbə müdiri

 “Kamran Əliyevin fəaliyyəti yüksək qiymətləndirilib” -    PA-nın şöbə müdiri
  01 May 2020    Oxunub:3707
“Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş Prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.

Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Kamran Əliyevin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: “Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş Prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti