Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək - ADLAR

  Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək -    ADLAR
  01 May 2020    Oxunub:5510
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılacaq.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.

Komitə iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimləri - İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Abidin Hüseynovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbаsov, hakimlər Çingiz Əsgərov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ali-Məhkəmə   Hakim   Milli-Məclis  





Xəbər lenti