“Mall”arın açılması nəzərdə tutulmur - RƏSMİ

“Mall”arın açılması nəzərdə tutulmur -  RƏSMİ
  01 May 2020    Oxunub:5277
"Mayın 4-dən etibarən "Mall"arın və iri ticarət müəssisələrinin tam həcmdə fəaliyyət göstərməsi nəzərdə tutulmur".

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, "Mall" və iri ticarət mərkəzlərinə tətbiq olunan qadağa qüvvədə qalır.
İ.Məmmədov qeyd edib ki, yalnız "Mall"ardakı ərzaq satışı ilə məşğul olan müəssisələr və apteklər fəaliyyətini davam etdirəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Mall   Karantin  





Xəbər lenti