Gədəbəydə karantin rejimini pozanlar həbs edildi

Gədəbəydə karantin rejimini pozanlar həbs edildi
  02 May 2020    Oxunub:3131
Gədəbəydə xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 157 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 4 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti