Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatıb

   Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatıb
  02 May 2020    Oxunub:2950
Son bir il ərzində Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatıb.
Azvision.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov deyib. Onun sözlərinə görə, bununla əlaqədar Ali Məhkəmədə vakansiya yaranıb.

C.Hüseynov qeyd edib ki, məhkəmənin bugünkü tələblərə cavab verməsi üçün ştatların komplektləşdirilməsi zəruridir.

"Bu gün ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Hüquq mühafizə orqanları və məhkəmə sistemində də bu istiqamətdə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 4 aprel 2019-cu il tarixli fərmanı bu islahatların yeni müstəvidə inkişafına təkan verib. Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb", - deyə Aparat rəhbəri vurğulayıb.

Azvision.az


Teqlər:





Xəbər lenti