“Hüquq ədəbiyyatının inkişaf etdirilməsinə ciddi ehtiyac var” - Nurlan Həsənov

  “Hüquq ədəbiyyatının inkişaf etdirilməsinə ciddi ehtiyac var”  -    Nurlan Həsənov
  02 May 2020    Oxunub:8807
"Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Ali Məhkəmə, Apellyasiya Məhkəməsi və bir sıra məhkəmələrin hakimlərinin təyin edilməsi barədə müzakirəmiz oldu".
Azvision.az xəbər verir ki, bunu deputat Nurlan Həsənov deyib. Onun sözlərinə görə, müzakirələr zamanı təkliflə çıxış edib.

"Azərbaycanda hüquq ədəbiyyatının inkişaf etdirilməsinə ciddi ehtiyac var. İstər Cinayət Məcəlləsi, Mülki Məcəllə, eyni zamanda, hüququn digər sahələrində qanunvericilik normalarının şərh edilməsinə, hüquq komentariyalarının yaradılmasına ehtiyac var. Yüksək bilik və peşəkarlığa sahib olan hakimlər (hərkəs öz ixtisası üzrə) yeni hüquq komentariyaların yaradılmasında aktiv rol oynaya, bununla da öz bilik və təcrübələrini gənc nəsillərə çatdıra bilərlər".

Deputat bildirib ki, gələcəkdə ölkəmizdə savadlı, bacarıqlı, sadəcə qanunu əzbərləməklə kifayətlənməyən, eyni zamanda, təhlil-analiz qabiliyyətli, yaradıcı və yeniliklərə açıq hüquqşünasların yetişməsini arzulayırıqsa, bu barədə indidən düşünməliyik:

"Hələ də gec deyil. Uzun müddət xaricdə təhsil almış biri kimi, öz təcrübəmə istinadən deyə bilərəm ki, Avropa ölkələrinin əksəriyyətində hüquq ədəbiyyatı çox zəngindir və illərdir toplanan bilik və təcrübəyə söykənərək daim yenilənib inkişaf edir. Təəssüf ki, bu sahədə Avropa ölkələrindən çox geridəyik".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Nurlan-Həsənov  





Xəbər lenti