Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

   Azərbaycanda koronavirusla bağlı son vəziyyət -    STATİSTİKA
  03 May 2020    Oxunub:15318
Azərbaycanda koronavirusla bağlı 2 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5697 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 152 min 597-yə çatıb

Hazırda reanimasiyada olan xəstə sayı 24, süni tənəffüs cihazında olan xəstə sayı 8-dir.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti