Azərbaycanda zəlzələ olub

   Azərbaycanda zəlzələ olub
  04 May 2020    Oxunub:4602
Mayın 4-də Gəncə stansiyasından 45 kilometr şimalda - Samux rayonunda maqnitudası 4,3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti