Karantini pozan 47477 hərəkət iştirakçısı cəzalandırılıb

 Karantini pozan 47477 hərəkət iştirakçısı cəzalandırılıb
  04 May 2020    Oxunub:3563
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 3-ü saat 00:00-dan mayın 4-ü saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən Azvision.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 3-ü saat 00:00-dan mayın 4-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 min 477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az


Teqlər: DYP   Karantin   Sürücü   Cərimə  





Xəbər lenti