Gəncədə bir gündə 32 nəfər koronavirusa yoluxdu

   Gəncədə bir gündə 32 nəfər koronavirusa yoluxdu
  04 May 2020    Oxunub:4666
Ötən gün Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si Gəncə şəhərində qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Gəncədə epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi şəkildə pozulması ilə əlaqədardır.

"Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və tibbi maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər", - deyə V.Əliyev vurğulayıb.

Azvision.az


Teqlər: Gəncə   Koronavirus  





Xəbər lenti