İki qardaşın evindən oğurluq edildi

İki qardaşın evindən oğurluq edildi
  05 May 2020    Oxunub:2100
Astarada iki qardaşın evindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini E.Məstiyev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onların Ərçivan qəsəbə sakinləri Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib.

Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. Oğurlanan qızıl əşyalar onlardan aşkarlanaraq maddi-sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: Astara   Oğurluq  





Xəbər lenti