Qəbələ sakinindən sənədsiz ov tüfəngləri götürülüb

Qəbələ sakinindən sənədsiz ov tüfəngləri götürülüb
  05 May 2020    Oxunub:2191
Qəbələ rayonunda müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abrıx kənd sakinləri Z.Ağakərimovdan və T.Mustafayevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Ov   Tüfəng  





Xəbər lenti