Spiker Zirvə görüşünün əhəmiyyətindən danışdı

Spiker Zirvə görüşünün əhəmiyyətindən danışdı
  05 May 2020    Oxunub:2153
“Ötən gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşünün keçirilməsi həmrəylik baxımından çox vacibdir:

“40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşşəbüsünə dəstək verməsi və zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq aləmdə nüfuzunun çox yüksək olduğunu göstərir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Spiker  





Xəbər lenti