"Əli Kərimli yanındakıları uçuruma sürükləyir" - Deputat

"Əli Kərimli yanındakıları uçuruma sürükləyir" -  Deputat
  05 May 2020    Oxunub:2593
“Mən Razi Nurullayev müstəqil deputat kimi təmsil olunuram. Partiya sədriyəm, 2015-ci ildə AXCP-nin etimad qurultayında sədr seçilmişəm. Düz beş ildir ki, partiya sədriyəm, müavinlərimdən bir neçəsi demək olar ki, hər gün mətbuatda çıxış edir, sosial şəbəkələrdə söz sahibidirlər".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, partiyanın dəyərli simaları, qocaman siyasətçiləri var, o strukturlaşıb, beş ildə nəinki ayaq üstündə dayanmağı bacarıb, həm də 2018-ci il Prezident seçkilərində namizədi ilə çıxış edib, indi isə Parlamentdə təmsil olunur:

"Açığı AXCP adına iddia edən Əli Kərimli danışıqlara dəvət olunanda sevindim ki, AXCP məsələsinə də son qoyular, o da "müdrik" siyasətçi olmaq yolunu seçər. O isə, özünü yüksək tutdu, danışıqlardan imtina etdi və artıq bir siyasətçi kimi də önəmini itirib. Belə çıxır ki, o siyasətlə məşğul olmaq istəmir. Çünki, siyasət danışıqlar, güzəşt, bəzən bir neçə addım geri çəkilmə, bəzən bir neçə aylıq gözlərdən uzaq olma tələb edir. Siyasətin heç bir ənənəvi qaydası onun üçün əhəmiyyət kəsb etmir, kor tutduğunu buraxmayan kimi, bu da mənasız iddialarından əl çəkmir və yanındakıları da sonu görünməyən uçuruma sürükləyir. Mən AXCP-nin qeydiyyata alınmasını tələb edirəm. Bu məsələyə son qoyulsun. Artıq parlamentdə rəsmi olaraq partiya sədri kimi təmsil olunmaq istəyirəm. Bu mənim və partiyada olan üzvlərin haqqıdır. Onun üçün də bu məsələyə tezliklə nöqtə qoyulmasının haqqım olduğunu bildirirəm”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Deputat   Razi-Nurullayev  





Xəbər lenti