Deputat həmkarının çıxışına irad tutdu

Deputat həmkarının çıxışına irad tutdu
  05 May 2020    Oxunub:3724
“Yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Musa Qasımlının çıxışına cavab olaraq deputat həmkarı Sabir Rüstəmxanlı deyib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib: “Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə hər şeyi görər”.

M.Qasımlının S.Rüstəmxanlıya cavabı gecikməyib.

"25 il deputatlıq müddətində 25 yetim-yesirin qapısını döyməyən birisinin xalqın, millətin və seçicinin adından danışmağa mənəvi haqqı yoxdur və miskin görünür",-deyə M.Qasımlı vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Milli-Məclis  





Xəbər lenti